
Dünya bazarında neftin qiyməti son üç ayda ən yüksək səviyyəyə çatıb. Brent markalı neftin bir barreli 3% bahalaşaraq 87 dollara yüksəlib. Analitiklər qiymət artımının əsas səbəbi kimi Yaxın Şərqdəki geosiyasi gərginlik və bəzi OPEC ölkələrinin hasilatı azaltmaq planlarını göstərirlər. Ekspertlər bildirirlər ki, əgər vəziyyət belə davam edərsə, neftin qiyməti yaxın aylarda 90 dolları keçə bilər.