Dünya futbolunun canlı əfsanəsi Lionel Messi karyerasını nə zaman bitirəcəyini açıqlayıb. O, 2026-cı ildə keçiriləcək Dünya Çempionatından sonra peşəkar futbolçu kimi fəaliyyətini dayandıracağını bildirib. Argentina millisinin kapitanı, hazırda MLS-də “İnter Mayami” klubunun heyətində çıxış edir. Messi bildirib ki, hədəfi son dünya çempionatında Argentina yığmasını bir daha çempionluğa daşımaqdır.