
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Bildirilir ki, fevralın 6-dan etibarən ölkə ərazisində hava şəraitində kəskin dəyişiklik gözlənilir. Xüsusilə, dağlıq və dağətəyi rayonlarda güclü qar, şaxta və çovğun ehtimalı var. Paytaxt Bakıda və Abşeron yarımadasında isə küləkli hava şəraiti müşahidə ediləcək. Sinoptiklər sürücüləri və kənd təsərrüfatı ilə məşğul olanları ehtiyatlı olmağa çağırırlar.