
ABŞ hökumətinin qərarı ilə Beynəlxalq İnkişaf Agentliyi (USAID) fəaliyyətini dayandırıb.
“Fox News”un məlumatına görə, agentliyin Vaşinqtondakı Ronald Reyqan binasında yerləşən baş qərargahının nişanı artıq sökülüb.
Eyni zamanda, İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) USAID-in məxfi məlumatlar saxlanılan kompüter sistemlərinə nəzarəti ələ keçirib.
Konqresin Tədqiqat Xidməti bildirir ki, USAID ötən il xarici yardımlara təxminən 40 milyard dollar ayırıb. Mask isə bu xərcləri səmərəsiz hesab edir və ABŞ administrasiyasının bu qərarını dəstəklədiyini vurğulayıb.